Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib
19.01.2023
Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yayılan məlumatı qəti surətdə təkzib edirik.