ABŞ bu döyüş maşınlarını Ukraynaya göndərəcək
19.01.2023
ABŞ Ukraynaya ümumi məbləği təxminən 2,5 milyard dollar olan və ilk dəfə olaraq "Stryker”döyüş maşınlarını da əhatə edən böyük hərbi yardım paketini tamamlamağa hazırlaşır.
"DM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edilir ki, paket hələ tamamlanmayıb, lakin həftənin sonuna qədər təqdim edilə bilər və bu, müharibənin əvvəlindən bəri elan edilən ən böyük paketlərdən biridir.
Məlumata görə, hərbi yardım paketində daha çox "Bradley” zirehli döyüş maşınları yer alacaq.
Həmçinin siyahıya MRAP kimi tanınan mina əleyhinə maşınlar da daxildir.