Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb
19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.
"DM" xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.
Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.