Məmmədyarov İstanbulda Çavuşoğlu ilə görüşdü - VİDEO
29.10.2018
İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş olub.
"Dövran Media" xəbər verir ki, görüş Dolmabağça sarayında keçirilib.
XİN başçıları hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə regionda həyata keçirilən bütün layihələrin mərkəzindədir və hər iki qardaş dövlətin bir çox məsələlərdə dərin və faydalı əməkdaşlığı var.
Həmçinin bu gün İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşü də baş tutacaq. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında mühüm regional layihələr, bölgədə təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediləcək.