Ukraynanın bir briqadası tamamilə məhv edilib
19.01.2023
Rus hərbçiləri 2022-ci ildə Xersona girən Ukraynanın 61-ci briqadasını Soledarda tamamilə məhv ediblər.
"DM" xəbər verir ki, bunu Xerson vilayətindəki separatçıların rəhbəri Vladimir Saldo deyib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər "Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri tərəfindən məhv edilib.
"61-ci briqada bir vaxtlar pafoslu şəkildə boş Xersona girmişdilər. Ruslarla döyüşmək psevdoqəhrəmanlıq videolarını çəkməkdən daha çətin oldu”, - Saldo bildirib.