Mirzoyan Türkiyəyə səfər edəcək
18.01.2023
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək.
"DM" xəbər verir ki, bu barədə nazir parlamentdə çıxış edən zamanı deyib.
O, Ankaranın dəvətini qəbul etdiyini söyləyib.
Nazirin sözlərinə görə, forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də istisna edilmir:
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrintəmasları yaxın gələcəkdə planlaşdırılmır. Ölkələr arasında hava yolu ilə yüklərin daşınmasına qoyulan qadağa artıq aradan qaldırılıb. Digər məsələlərlə bağlı razılaşmalar isə uzaqda deyil”.