Bu Konvensiya Milli Məclisdə təsdiqlənəcək
18.01.2023
Azərbaycan Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı təsdiqləyəcək.
"DM"-nın xəbərinə görə, bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanunun layihəsi daxil edilib.