Talıbovdan sonra Naxçıvanda daha bir yenilik
18.01.2023
Dəyişikliklərdən sonra Naxçıvanda da şəhidlərin tanıdıcı lövhələrinin yaşadıqları ərazilərdə yol kənarına qoyulması prosesi başlanılıb.
"DM" xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, əvvəllər tanıdıcı lövhələrin vurulmasına və xatirə bulaqlarının tikilməsinə əvvəl icazə verilmirdi.