İndoneziyada qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb
29.10.2018
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilibki, İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.
Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, hava gəmisinin məxsus olduğu "Lion Air" aviaşirkətinin məlumatına əsasən, göyərtədə 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub. İndoneziyanın Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə Milli Agentlikdən verilən məlumata görə, İndoneziya sahillərində qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsində sağ qalan yoxdur.