Ayxan Hacızadə Avstriya XİN başçısına cavab verib
18.01.2023
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Avstriya xarici işlər naziri Aleksand Şallenberqin Laçın yolunun açılması ilə bağlı çağırışına münasibət bildirib.
"DM" xəbər verir ki, Ayxan Hacızadə bununla bağlı "Twitter" paylaşım edib.
"Cənab nazir, Laçın yolu açıqdır, hərəkət azadlığı təmin edilir”, - o qeyd edib.
Onun sözlərinə görə, təkcə 2022-ci il dekabrın 12-dən yanvarın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib.
"Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”, - paylaşımda bildirilir.