Kiyevdə helikopter uşaq bağçasının üzərinə düşüb+FOTO/VİDEO
18.01.2023
Polisdən verilən məlumata görə, Brovarıda qəzaya uğrayan helikopter Dövlət Fövqəladə Hallar Xidmətinə məxsus olub.
Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi - nazir, nazirin birinci müavini və dövlət katibi - həlak olub.
"Ümumilikdə 16 nəfərin öldüyü məlumdur, onlardan ikisi uşaqdır. Helikopterin göyərtəsində doqquz nəfər olub”, - deyə Klimenko bildirib.
O əlavə edib ki, 22 yaralı xəstəxanadadır, onlardan 10-u uşaqdır.
Qəza yerinə baxış davam edir.