RSK-nın maşın karvanı Laçın-Xankəndi yolundan maneəsiz keçib
18.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, bir qədər əvvəl Xankəndidən gələn RSK-nə məxsus 6 yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçına doğru hərəkət edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.