Laçın-Xankəndi yolundan BQXK-nın daha bir maşın karvanı keçib
18.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus beş minik, bir yük maşını Xankəndindən Laçın istiqamətinə keçidinə şərait yaradılıb.