Ceyhun Bayramov İsrail XİN-in siyasi direktorunu qəbul edib
17.01.2023
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İsrail XİN-in siyasi direktoru Aliza Bin Nounu qəbul edib.
"DM" xəbər verir ki, İsrail diplomatı bu barədə "Twitter" hesabında məlumat verib.
"Qonaqpərvərliyə görə xarici işlər naziri Ceyhun Bayramova çox təşəkkür edirəm. Nümayəndə heyətimiz sizinlə səmərəli görüşü yüksək qiymətləndirir, bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir", o bildirib.