Akar: İsveç və Finlandiya bu memorandumun öhdəliklərini yerinə yetirmir
17.01.2023
İsveç və Finlandiya NATO-ya üzv olmağa dair Madrid memorandumunun öhdəliklərini yerinə yetirmir.
Türkiyə milli müdafiə naziri Hulusi Akar Çexiyaya səfəri zamanı "Anadolu” Agentliyinə açıqlamasında bildirib.
O qeyd edib ki, Türkiyə bu ölkələr tərəfindən terror təşkilatlarına dəstəyin dayandırılması və ixrac məhdudiyyətlərinin aradan qaldırılması üçün konkret addımların atılmasını gözləyir.
Akar, həmçinin İsveç hakimiyyətini PKK tərəfdarlarının Stokholmda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkəsini təhqir edən nümayişlə bağlı tədbirlər görməyə çağırıb: "Buna səssiz qalmaq mümkün deyil. Oradakı prosesləri yaxından izləyirik”.