Qazaxıstan və BƏƏ Xəzər dənizində birgə donanma yaradacaqlar
17.01.2023
Qazaxıstanın "KazMunayQaz" neft-qaz şirkəti və BƏƏ-nin liman logistika operatoru "Abu Dhabi Ports Company" arasında Xəzər və Qara dənizlərində dəniz donanmasının və sahil infrastrukturunun inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
"DM"-nın "KazMunayQaz"a istinadən verdiyi məlumata görə, saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı imzalanıb.
Sənədə əsasən, tərəflər Xəzər dənizində neft-qaz layihələri üçün dəniz xidmətlərinin göstərilməsi üzrə "Astana” Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradacaqlar.
Sazişə əsasən, tərəflər Xəzər dənizində dəniz layihələrini dəstəkləmək üçün donanma (müxtəlif tipli kiçik gəmilər), eləcə də Qazaxıstan neftinin ixracı üçün alternativ marşrutların inkişafı nəzərə alınmaqla (Aktau limanından Azərbaycan istiqamətində) tanker donanması yaradacaqlar.
Bundan əlavə, müəssisə iştirakçıları ticarət donanmasının yaradılması imkanlarını (konteyner bərələrinin transxəzər marşrutu ilə Çindən Avropaya tranziti və Şimal-Cənub marşrutu üzrə (Rusiya - İran) ümumi yüklərin daşınmasında iştirak etmək üçün quru yük gəmilərinin tikintisi,alınması və s.) araşdıracaqlar.