Türkiyə ordusu kürdlərin Suriyadakı mövqelərinə zərbə endirdi
28.10.2018
Türkiyə silahlı qüvvələri Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinin mövqelərini atəşə tutub.
"Dövran Media" xəbər verir ki, artilleriya zərbələri Suriyanın şimalındakı Zor Maqar bölgəsinə endirilib.
Rəsmi Ankara Suriya kürdlərinin özünümüdafiə dəstələrini Türkiyədə fəaliyyəti qadağan edilən PKK ilə əlaqəli olan terrorçu qurumlar kimi tanıyır.