23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir: Azərbaycandan gələn xəttin buraxılış gücünü iki dəfə artırırıq

17.01.2023

Türkiyə enerji qovşağına çevrilmək istiqamətində möhkəm addımlar atır.

"DM”-nın Türkiyənin "Anadolu” agemntliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü zamanı bildirib.

Görüş zamanı Mustafa Varank Türkiyənin həm günəş, həm də külək enerjisi gücünün artırılması istiqamətində apardığı işləri qeyd edib.

"Türkiyə enerji qovşağı olmaq yolunda möhkəm addımlar atır. Bildiyiniz kimi, biz qarşıdakı dövrdə Azərbaycandan gələn xəttin (qaz kəmərinin – red.) buraxılış gücünü iki dəfə artırırıq. Yenə Türkiyədə Trakyada yeni enerji terminalı üçün hazırlıqlar sona çatmaq üzrədir. Buradan ölkəmizə təbii qaz gəlməyə başlayacaq. Bu yaxınlarda Qara dənizdə təbii qaz ilə bağlı böyük kəşf etdik. Karbohidrogenlərdən qaynaqlanan Türkiyənin bir mərkəz olması təbii ki, bizə çox böyük töhfələr verəcək, lakin biz bu imkan və gücümüzü, əlbəttə ki, dost və müttəfiq ölkələrlə bölüşməyə davam edəcəyik”, - Mustafa Varank əlavə edib.

Ölkəsinin enerji təchizatının şaxələndirilməsi üçün bəzi addımlar atdığını bildirən Peter Siyarto bu kontekstdə ən real variantın Azərbaycan qazından əlavə Türkiyə limanlarına gətiriləcək mayeləşdirilmiş təbii qazın (LNG) Macarıstana çatdırılması olduğunu bildirib.