Meydanda 23 quduz it görmək istəyirəm
28.10.2018
"Milan"ın baş məşqçisi Cennaro Qattuzo İtaliya A Seriyasının növbəti turu çərçivəsində bu gün "Sampdoriya"ya qarşı keçirəcəkləri oyundan əvvəl diqqətçəkən açıqlamalar verib.
"Dövran Media" xəbər verir ki, 40 yaşlı mütəxəssis futbolçularından gözləntilərini belə ifadə edib:
"Mən hələ ölməmişəm və bezməyəcəm. "Sampdoriya"ya qarşı oyunda meydanda 23 quduz it görmək istəyirəm. Bu uşaqlar üçün cəhənnəmə belə gedərəm".
İtaliyalı mütəxəssis Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun zədəsinin sağalmadığını da bildirib.
"Milan" - "Sampdoriya" matçı bu gün, 21:00-da start götürəcək.