Ekofəalların etirazları 37 gündür davam edir
17.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, eko-fəallar aksiyanın 37-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.