Rus zabitin maşını Ermənistanda yandırıldı
28.10.2018
Ermənistanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı ilə bağlı materiallar hazırlanır.
"Dövran Media" xəbər verir ki, bu barədə Şirakın prokuroru Karen Qabrielyan bildirib.
Məlumata əsasən, naməlum şəxslər Rusiyaya məxsus 102-ci hərbi bazanın hospitalının rəis müavini Məhəmməd Məhəmmədovun avtomobilini yandırıblar.
"Hələ ki, cinayət işi açılmayıb, materiallar toplanır. Bunun əsasında müvafiq prosesual qərar qəbul olunacaq”, - prokuror deyib.
O qeyd edib ki, "Nissan Teana” avtomobilinin yandırılması barədə polisə zərərçəkən özü məlumat verib.