Rusiyadan Gürcüstana pul köçürmələri 5 dəfə artıb
16.01.2023
2022-ci ildə Rusiyadan Gürcüstana pul köçürmələri illik ifadədə 5 dəfə artaraq 2 milyard ABŞ dollarına çatıb.
"DM" xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının statistikasında bildirilib. Qeyd olunub ki, bu göstərici Gürcüstanın müstəqillik tarixində ən yüksək həddir.
Ötən il Gürcüstana ümumilikdə 4,37 milyard dollar həcmində pul köçürmələri edilib ki, bunun da təxminən yarısı Rusiyanın payına düşüb.
Statistikaya əsasən, ötən il Rusiyadan 2,3 milyon individual pul köçürmə baş tutub ki, bunun da orta məbləği 896 dollar təşkil edib.