Rusiya təcavüzü: Bu ölkə ordunu gücləndirdi
28.10.2018
Finlandiyanın müdafiə qurumları "Krım dərsləri”ni öyrəniblər və indi Rusiyaya hibrid müharibəsi sahəsində müqavimət göstərməyə hazırdırlar.
"Dövran Media" xəbər verir ki, bu barədə "Nəşnl interest” nəşri yazıb.
"Krım dərsləri” fin müdafiə qurumları üçün boş yerə baş vermiş hadisə olmadı. 2014-cü ildən etibarən Finlandiya ordusunun hazırlığının artırılması ölkənin prioritetlərindən birinə çevrildi”, - nəşr yazıb.
Məlumata görə, Rusiya ilə 800 kilometrlik sərhədi olan Finlandiya ordusu müqavilə əsasında xidmət göstərən hərbçilərdən və onların çağırışçı ehtiyatından ibarət olub. Ancaq bu, Rusiya ilə mübarizə üçün kifayət etməyib. Belə ki, Rusiyaya Krım üzərində nəzarəti tam olaraq ələ keçirmək üçün cəmi bir neçə gün kifayət edib. Belə olan halda Finlandiyada çağırışçılardan ibarət çevik müdaxilə dəstələri yaradılıb və bu dəstələr 6 aylıq hazırlıq müddətindən sonra döyüş növbəsi aparmağa başlayıb. Hazırda bu birləşmələr bir neçə saat ərzində istənilən təhdidə cavab verə bilmək gücündədir.