Türk generalları Afrin səmasında: Dünyanın gözü orda +VİDEO -FOTO
09.02.2018
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar generallarla birlikdə Havadan Koordinasiya-Nəzarət təyyarəsində Afrin əməliyyatına səmadan müşahidə edib.
Dövran Media Haber7.com-a istinadən xəbər verir ki, türk generallar əməliyyat zamanı terrorçulardan təmizlənən ərazilərə və PYD/YPG mövqelərini izləyiblər.
Xatırladaq ki, generalların olduğu təyyarə dünyada çox az ölkədə var. Havada 200 saata qədər qala bilən bu təyyarə 500 kilometrlik ərazidə baş verənlərə nəzarət etmək imkanı verir.