Dnepr şəhərində ölənlərin sayı 40-a çatıb
16.01.2023
Rusiyanın Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 40-a çatıb.
"DM"xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.
O qeyd edib ki, ölənlərdən 3-ü uşaqdır və ölü sayı qarşıdakı günlərdə daha da arta bilər.
Ərazidə xilasetmə işləri davam edir.