Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya ordusu ötən həftənin şənbə günündən etibarən Kiyevə yenidən raket və dron hücumlarına başlayıb.
"Budəfəki hücum o qədər qəfil oldu ki, müharibə müddətində ilk dəfə həyəcan siqnalı raket hücumları başlayanda verildi”, - deyə jurnalist qeyd edib.
Məlumata görə, hazırda Donetsk və Xerson vilayətlərində ağır döyüşlər gedir. Xüsusilə Xerson şəhəri güclü raket zərbələrinə məruz qalır.
"Dnepropetrovsk vilayətində yaşayış kompleksində binanın böyük bir hissəsi tamamilə dağılıb. Binadakı evlərdən biri də Dnepr şəhərində yaşayan azərbaycanlıya məxsusdur.
Xoşbəxtlikdən, həmyerlimiz və ailəsi mənzildə olmayıblar”, - deyə M.Aslanov əlavə edib.