Ərdoğandan MHP açıqlaması: İttifaq davam edəcək
28.10.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının üzvlərinə MHP ilə bağlı danışarkən ehtiyatlı olmağı tapşırıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti yazıb.
AKP-nin mahal sədrləri toplantısında çıxış edən Ərdoğan MHP-nin bələdiyyə seçkilərində ittifaq halında iştirakdan imtina etməsinə baxmayaraq bu partiya ilə milli məsələlərdə "Cümhur ittifaqı"nın davam etdiyini vurğulayıb. Ərdoğan partiya üzvlərinə MHP ilə fikir ayrılıqları olsa da milli məsələlərdə dövlətin mənafeyi naminə milli birliyin varlığına diqqət göstərilməsinin zəruriliyindən danışıb.