Çavuşoğlu Blinkenlə F-16-ların satışına dair müzakirə aparacaq
16.01.2023
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyəyə F-16-ların satışına dair son vəziyyəti müzakirə edəcək.
"DM" xəbər verir ki, bu barədə o, Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini, xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransı zamanı bildirib.
Nazir qeyd edib ki, F-16-larla bağlı hərbçilər səviyyəsində danışıqlar artıq yekunlaşıb və bu prosesin Konqres tərəfindən təsdiqlənməsi lazımdır.