ATƏT sədri bu gün Ukraynaya səfər edəcək
16.01.2023
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ukraynaya səfər edəcək.
"DM" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər bu gün baş tutacaq.
Osmani ATƏT sədri kimi Ukraynaya ilk səfərində yüksək səviyyəli rəsmilərlə görüşəcək.
"Nazir Osmaninin görüşlərində Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi səbəbindən ölkənin üzləşdiyi humanitar və təhlükəsizlik problemləri müzakirə olunacaq. Müzakirələr həmçinin Ukrayna xalqının, institutlarının və vətəndaş cəmiyyətinin ən aktual ehtiyaclarını, eləcə də ATƏT-in ölkənin dayanıqlığının gücləndirilməsində və yaranan çoxsaylı problemlərin həllində rolunu əhatə edəcək. Nazir Osmani həmçinin, müharibənin mülki əhaliyə, mülki infrastruktura təsirini görmək üçün və bölgədə ehtiyac duyulan beynəlxalq yardımın həcmi ilə tanış olmaq üçün Kiyev bölgəsinə səfər edəcək", ATƏT-in mətbuat xidməti bildirib.