İsrail baş nazirinin ofisinə şübhəli zərf göndərilib
16.01.2023
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə şübhəli zərf göndərilib.
Zərfin üzərində yağlı ləkələr olub.
Bu ləkələr səbəbindən bağlamada təhlükəli maddələrin ola biləcəyinə dair şübhə yaranıb. Bu səbəbdən zərfin yoxlanılması üçün istehkamçılar çağırılıb.
Zərflə bağlı yoxlamalar davam edir.
Mənbə: Lenta.ru