Eynşteyni öldürən təhlükəli xəstəlik
27.10.2018
Əgər əlinizi qarnınıza qoyduqda ürəyiniz qarnınızdaymış kimi güclü nəbz vurması hiss edirsinizsə...
Tibb dilində "Abdominal aort anevrizması" adlanan ana arteriyanın qarın nahiyəsindəki qisminin genişlənməsi surpriz ölümlərlə nəticələnir.
Mütəxəssislərə görə, əgər əlinizi qarnınıza toxundurduqda sanki ürəyiniz orda imiş kimi güclü nəbz vurması eşidirsinizsə, Eynşteyn kimi "Abdominal aort anevrizması"sınız.
Həkimlər Albert Eynşteynin də eyni xəstəlikdən həyatını itirdiyini və erkən diaqnoz qoyulmadığı halda, bu xəstəliyin 60 faiz ölümlə nəticələndiyini bildirib. Bu xəstəlik heç bir əlamətlə özünü büruzə vermədiyi üçün qarın bölgəsində genişlənən arteriya damarının müəyyən bir müddət sonra yırtılması ilə nəticələnən halların 60 faizi ölümlə sonlanır.
Bu xəstəliyin 95 faizi qarın nahiyəsində baş verir. Ürəkdən qanı alaraq orqanlara paylayan arteriya damarı bəzi insanlarda müxtəlif səbəblərdən dolayı genişlənir. Arteriya damarının normal ölçüsü 2-4 sm olur. Əgər bu ölçü 4 metrdən artıq olarsa, bu, artıq aort anevrizmasıdır.
Ölçüsü 5 sm-dən çox olduqda, artıq əməliyyata ehtiyac duyulur. Xaricdən heç bir əlamətlə müəyyən edilməyən bu xəstəliyi xəstənin öz-özünü müayinə etməsi zamanı ortaya çıxarmaq olur.
Çox kök olmayan və abdominal aort anevrizması olan insan əlini qarnına toxundurduqda ürəyinin orda döyündüyünü hiss edər. Güclü nəbz duyur. Ailəsində bu xəstəliyə rastlanan insanların da buna yoluxma ehtimalı yüksəkdir.
Bəzi insanlarda 30 yaşlarında rastlanan bu xəstəliyin səbəbləri sırasına siqaret, yüksək təzyiq, əzələ toxuması xəstəlikləri və xolesterol yüksəkliyi aiddir.
Ən çox 65 yaşdan yuxarı insanlarda rastlandığı üçün bu yaşda olan insanlar mütləq müayinədən keçməlidir. Bu yaşda olan insanlarda 100 nəfərdən 8-də bu xəstəlik olur.
Abdominal aort anevrizmasının iki cür müalicəsi mümkündür.
İlk müalicə üsulu zamanı açıq əməliyyat edilir. Açıq əməliyyat zamanı genişlənmiş damar ehtiyat damarla əvəzlənir. Əlbəttə, bunun müsbət və mənfiləri var. Mənfi tərəfi kəsik izlərinin qalmasıdır.
Digər müalicə üsulu isə qapalı endovaskülər üsuldur. Bu zaman xəstənin qarın bölgəsi açılmadan əməliyyat edilir, qasıq damarlarından göndərilən kateterlər vasitəsi ilə damarların genişlənmiş nahiyəsinə dəmir qəfəslə dəstəklənmiş süni damar qoyulur. Anesteziya edilmədən və qarın bölgəsi açılmadan edilməsi bu əməliyyatın üstünlüyüdür.
Mənfi tərəfi isə xəstənin əməliyyatdan sonra tez-tez müayinə getməsidir.