Türkiyə Lvov şəhərində Fəxri Konsulluq açmağı planlaşdırır
12.01.2023
Türkiyə Ukraynanın Lvov şəhərində Fəxri Konsulluq açmağı planlaşdırır.
"DM” Ukrayna KİV-inə istinadən bildirir ki, bu barədə Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yağmur Güldere məlumat verib.
Onun sözlərinə görə, Lvov Türkiyənin beynəlxalq əməkdaşlığının ən əhəmiyyətli regionlarındandır: "Fəxri konsulluğun açılması birgə layihələrin həyata keçirilməsinə, beynəlxalq əlaqələrin möhkəmlənməsinə töhfə verəcək”.
Diplomatik qurumun bu il fəaliyyətə başlaması planlaşdırılır.