Laçın-Xankəndi yolundan RSK-nın piyada keçidi olub
12.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən yerdən Rusiya sülhməramlı qoşunlarının hərbçilərinin piyada keçidinə şərait yaradılıb.
Laçından Xankəndiyə getmək istəyən 100 nəfərə yaxın şəxsi heyət yoldan maneəsiz keçid edib.