21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda bir nəfər yeni ilə dörd gün sonra girib - FOTO

12.01.2023

Azərbaycanda bir nəfər komada olduğu üçün yeni ilə dörd gün sonra girib.

"DM" xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu öz sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, həmin şəxs ötən il dekabrın 25-dən bu il yanvarın 4-nə qədər komada olub. 15 gündən çox reanimasiyada qalan, 10 gün koma vəziyyətində olan bu şəxs həm də son dərəcə riskli bir neyrocərrahiyyə əməliyyatını geridə qoyub.

1984-cü il təvəllüdlü Polad Əliyev 2022-ci ilin 25 dekabrında avtomobillə vurularaq ağır yaralanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gətirilərkən çoxsaylı təhlükəli yaralar aldığı müəyyən olunub: qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol təpə sümüyünün sınığı, eyni nahiyədə böyük həcmli hematoma diaqnozu və s.

Rezident-neyrocərrah Elşən Əhmədlinin sözlərinə görə, həkim-neyrocərrah Fərid Qaralovun rəhbərliyi ilə çox riskli bir neyrocərrahiyyə əməliyyatına qərar verilir və 4 saat davam edən əməliyyat uğurla nəticələnir. 

"Pasiyent Əliyev Polad Niyazi oğlu xəstəxanaya daxil olarkən koma vəziyyətində olub. Xəstə ilkin olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstədə soltərəfli dekompressiv trepanasiya, kəskin subdural hematomanın boşaldılması, serebral qişanın bərpası əməliyyatı icra olunub. Beyin ödemli olduğu üçün sümüyü yerinə qoymaq mümkün olmadı. Yara bağlandıqdan sonra xəstəyə yaxın aylarda kəllə sümüyünün defektinin bərpası əməliyyatı planlaşdırılıb. Hazırda xəstənin vəziyyəti stabildir. Huşu özündədir, tənəffüsü sərbəstdir. Xəstə əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində olarkən həkim-reanimatoloqların səyləri nəticəsində xəstədə kəskin yaxşılaşma hiss olunub. Artıq palatada müalicəsi davam etdirilir”. 

Pasiyentin anası Təhminə Əliyevanın sözlərinə görə, oğlunun yaşamasına ümid çox az olub:

"Oğlum günorta saatlarında yolu keçən zaman onu maşın vurub. Təcili olaraq oğlumu Kliniki Tibbi Mərkəzə gətiriblər. Buraya gələndə vəziyyəti çox ağır, həm də huşsuz vəziyyətdə olub. Deyilənlərə görə, çox təhlükəli bir əməliyyatdan sağ çıxıb, həkimlərin yaratdıqları möcüzə nəticəsində oğlum sağ qalıb. Onun üzərində əməyi olan bütün tibb personalına öz təşəkkürümü bildirirəm. Onların sayəsində Polad yaşayır”.