21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yevlaxda həkimi öldürənlərin yeni görüntüləri

12.01.2023

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.

"DM" Report-a istinadən xəbər verir ki, həmin şəxslər həkimin qonşularından birinin evinin videomüşahidə kamerasına düşüblər.

Görüntülərə 2 nəfər düşüb. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq var. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşırlar.

Məlumata görə, hadisəni 3 nəfər törədib, onlardan 2-si həbs olunub, 1-i isə qaçaraq gizlənib.

Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar. Şübhəlilərin axtarışları zamanı ilk tapılan dəlil də qana boyanmış geyimlər olub.

Bildirilir ki, şübhəlilərdən biri həkimin qonşusudur.

Hazırda B.Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən üçüncü şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.