Media subyektlərinə dair qanun layihəsi hazırlanıb
12.01.2023
Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edilməsini özündə əks etdirən qanun layihəsi hazırlanıb.
"DM" -nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O qeyd edib ki, qanun layihəsinə əsasən media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad olunacaq.
Həmçinin istehsal etdikləri media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad ediləcək.
Əhməd İsmayılov bildirib ki, qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.