Rus ordusunda ciddi sursat çatışmazlığı yaranıb
12.01.2023
Sursat çatışmazlığı Rusiya ordusuna Ukraynanın şərqində hücum əməliyyatlarını keçirməsinə ciddi mane olacaq.
"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
"Rusiya müdafiə sənayesi bazasının döyüş sursatı çatışmazlığını həll edə bilməməsi Kremlin bu il Ukraynanın şərqində hücum əməliyyatlarını dəstəkləmək qabiliyyətinə mane olacaq. Rusiya artilleriya atəşinin gündəlik intensivliyi bəzi ərazilərdə 75% azalıb. Bu da Kremlin tammiqyaslı işğalının başlanğıcından bəri qeydə alınan ən aşağı göstəricidir. Rusiya mənbələri də getdikcə etiraf edirlər ki, Kremlin döyüş sursatı və təchizat çatışmazlığı qoşunların irəliləmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”, - məlumatda deyilib.