Antalyada fırtına həyatı iflic edib - VİDEO
11.01.2023
Antalyada leysan yolları gölə çevirib.
Şiddətli yağış səbəbindən nəqliyyat vasitələri hərəkət etməkdə, vətəndaşlar yolun qarşı tərəfinə keçməkdə çətinlik çəkiblər.
Kumlucada küləyin sürəti saatda 71 kilometr təşkil edib.
Səlahiyyətlilər vətəndaşlardan sel, daşqın, dolu, tornado və ildırım kimi neqativ hallara qarşı diqqətli olmalarını xahiş ediblər.
Şiddətli yağış və fırtınanın şəhər mərkəzində iki gün davam edəcəyi gözlənilir.
Mənbə: TRT Haber