Şeremet: Bu, Türkiyənin Rusiyaya xəyanətidir
11.01.2023
Türkiyənin Ukraynaya silah verməsi təsdiqlənərsə, bu, xəyanət kimi qiymətləndiriləcək.
"DM" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet danışıb.
"Türkiyə tərəfinə məsləhət görmürəm ki, rusları axmaq kimi qəbul etsinlər. Əgər Ukraynadakı terrorçu rejimə silah verilməsi rəsmən təsdiqlənərsə, bu, xəyanət kimi qiymətləndiriləcək. Türklər əslində əyləşdikləri budağı kəsirlər”, - Şeremet bildirib.
Qeyd edək ki, Türkiyənin Ukraynaya guya kaset bombaları verməsi barədə informasiya yayılıb.