Hoces:Rusiyada yeni çağırış dalğası başlayacaq
11.01.2023
Rusiyada yaxın həftələrdə səfərbərliyin olacağını gözləyirəm. Bu dəfə daha yaxşı təşkil olunacağını düşünürəm.
"DM" xəbər verir ki, bunu ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib.
"Yeni çağırışçılar Rusiya ordu sisteminə ağır yük olacaq. Amma bu, Kremli qorxutmur. Moskva hərbi əməliyyatları uzatmaq üçün çağırışçılardan istifadə etmək istəyir”, - Hoces bildirib.