İstanbulda zirvə: Ərdoğan Putin və Merkellə görüşdü
27.10.2018
Suriya ilə bağlı zirvə görüşündə iştirak üçün Rusiya, Almaniya və Fransa liderləri artıq İstanbuldadır.
"Dövran Media" xəbər verir ki, Sultan Vahidəddin sarayında baş tutacaq görüşə Fransa lideri Makron, Almaniya kansleri Merkel, Rusiya Prezidenti Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qatılacaq.
Ərdoğan zirvə öncəsi Vahidəddin sarayında əvvəlcə Merkel, daha sonra isə Putinlə təkbətək görüş keçirib. Hazırda isə Makronla görüş davam edir.
Həmçinin Çavuşoğlu və Hulusi Akar rusiyalı həmkarları Lavrov və Şoyqu ilə görüşüblər.
Liderlər İdlibdə atəşkəsin saxlanması və Suriya krizisinin siyasi çözümünü müzakirə edəcəklər.