Qazaxıstan XİN Mariya Zaxarovaya cavab verib
11.01.2023
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovavnın Kiyev vilayətindəki aksiya ilə bağlı rəsmi açıqlama istəyinə cavab verib.
"DM" xəbər verir ki, Qazaxıstan XİN Ukraynanın Kiyev vilayətində "məğlubedilməzlik yurtas”ının quraşdırılması ilə bağlı aksiyaya aidiyyətinin olmadığını açıqlayıb.
Qazaxıstan diplomatları bunun şəxsi təşəbbüs olduğunu bildiribər.
"Bu, Ukrayna xalqına kömək etmək qərarına gələn qazax xeyriyyəçilərin şəxsi təşəbbüsüdür. Biz bunu şərh və ya qadağan edə bilmərik. Səfirlik bu prosesdə iştirak etməyib”, - Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov deyib.
O əlavə edib ki, Astana yurdun quraşdırılmasında heç bir problem görməyib.
Qeyd edək ki, "Məğlubedilməzlik yurta”sı Buça şəhərində açılmış istilik məntəqəsidir. Buça şəhər şurasının saytında qeyd olunub ki, yurd Qazaxıstanın Ukraynadakı səfirliyinin və Ukrayna xalq deputatı, Ukrayna-Qazaxıstan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədri Sergey Naqornyakın sayəsində yaradılıb.
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin Qazaxıstan diplomatlarının Ukraynadakı aksiyalarda iştirakı ilə bağlı məlumatları təkziblə bağlı Astananın rəsmi şərhinə ümid etdiyini açıqlayıb.