ABŞ bəzi Səudiyyə vizalarını ləğv etdi
27.10.2018
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın müdafiə naziri Cim Mattis çıxışı zaman verib.
O, İstanbulda öldürülən jurnalistin qətli barədə danışarkən Pompeodan sitat gətirib və bildirib ki, qısa zamanda Səudiyyə Ərəbistanına qarşı əlavə tədbirlər görüləcək.
"ABŞ dövlət katibi Mayk Pompeo çıxışı zaman Səudiyyənin bəzi vizalarının ləğv edildiyini söyləyib".
Qeyd edək ki, "The Washington Post"un köşə yazarı Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda qətlə yetirilib. Səudiyyəli rəsmilər onun ölümünü təsdiqləyiblər və cinayətlə bağlı 18 nəfər saxlanılıb.