Paşinyan: KTMT Qarabağa gələ bilməz
10.01.2023
KTMT sülhməramlı missiyasının Qarabağ münaqişəsi zonasına gətirilməsi ideyası reallaşa bilməz.
"DM" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Təşkilatın bəzi ölkələrinin obyektivliyinə şübhələr var:
"De-yure onlar Ermənistanın müttəfiqidirlər, faktiki olaraq isə Azərbaycana daha yaxındırlar, onunla iqtisadi və siyasi əlaqələri inkişaf etdirirlər. Bu baxımdan onların gəlişi vəziyyəti daha da çətinləşdirəcəkdi”.