Paşinyan: “Ermənistan saziş bağlamağa hazırdır "
10.01.2023
Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq.
"DM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək.
"Ermənistan saziş bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək”, - hökumət başçısı söyləyib.