İrəvan KTMT-nin təlimlərindən imtina edib
10.01.2023
Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək.
"DM" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin "Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığını açıqlayıb.