Rəfsəncaninin qızına hökm oxunub
10.01.2023
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Faizə Haşimiyə 5 il həbs cəzası verilib.
"DM" xəbər verir ki, bu barədə onun vəkili Qulaməli Riyahi sosial mediada paylaşım edib.
Bildirilir ki, F.Haşimiyə qarşı "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə", "İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq" ittihamları irəli sürülüb.