21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Keçmiş Baş naziri güllələyən şəxs həbsxanaya köçürülüb

10.01.2023

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni güllələyən 42 yaşlı Tetsuya Yamaqami qapalı tibb müəssisəsindən Nara şəhər həbsxanasına köçürülüb.

"DM" xəbər verir ki, bu barədə TSB telekanalı məlumat yayıb.

Bildirilib ki, iyul ayından bəri davam edən müayinə nəticəsində onun psixoloji probleminin olmadığı təsdiqlənib.

Yamaqaminin yanvarın 13-də qətl və qanunsuz silah saxlamaqda ittiham olunacağı və məhkəməyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, o, 2022-ci il iyulun 8-də Nara şəhərində seçki kampaniyası zamanı keçmiş Baş nazir Şinzo Abeni kustar üsulla hazırlanmış silahla kürəyindən vurub və nəticədə Abe həyatını itirib.

Dindirmə zamanı Yamaqami bildirib ki, o, Abenin "bir çox yapon ailəsini məhv edən Birlik Kilsəsi" sektası ilə əlaqəsi olduğundan şübhələnir. Şübhəlinin anası da fanatik olub. Daha sonra polis hakim partiyanın bir çox üzvlərinin bu strukturla bağlı olduğunu müəyyən edib. Faktla bağlı əlavə araşdırma aparılır.