İranda daha iki gəncə ölüm hökmü verilib
09.01.2023
İranda daha iki gənc - Məhəmməd Buruğəni və Məhəmməd Qubadlu - edama məhkum edilib.
Onlar Kərəc şəhərində xalq etirazları zamanı həbs edilmişdilər.
Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər verib.
Bildirilir ki, məhkəmənin qərarını öyrənən sakinlər gənclərin molla rejimi tərəfindən edam edilməsinə mane olmaq üçün Qızılhasar həbsxanasının önünə toplaşıblar.