Bakının buzlu yollarında 28 nəfər yıxılaraq xəsarət alıb
09.01.2023
Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər müraciət edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11-i qadın, 1- i kişi olmaqla ümumilikdə 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
TƏBİB-dən verilən məlumata görə isə qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına isə 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir. Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.